Ankarada iki ailə arasında silahlı davada 11 nəfər yaralanıb
Far.Az xəbər saytı

Ankarada iki ailə arasında silahlı davada 11 nəfər yaralanıb


Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda iki ailə arasında baş verən mübahisə silahlı davaya çevrilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Yatık Musluk küçəsində baş verib.

Dava nəticəsində hər iki ailənin üzvləri olmaqla, ümumilikdə 11 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Mübahisənin səbəbi açıqlanmasa da, münaqişə zamanı həm odlu silahdan, həm də bıçaqdan istifadə edildiyi bildirilir.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər