Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib


Azərbaycan və Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

"Far.Az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrənin Cenevrə şəhərinə səfər çərçivəsində noyabrın 10-11-də Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.

Konfrans çərçivəsində "Qlobal investisiyaların növbəti onilliyi" mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb. İnvestisiyaların təşviqi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, o cümlədən WAIPA kimi beynəlxalq təşkilatların rolunun əhəmiyyəti vurğulanıb.

WIC 2026 müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və biznes dairələrinin təmsilçilərini bir araya gətirib. Konfransda qlobal investisiya tendensiyaları, dəyişən geosiyasi və iqtisadi şəraitdə investisiyaların cəlb edilməsi, beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.

Konfrans çərçivəsində E. Əliyev Vyetnamın Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini xanım Bui Thu Thuy ilə görüşüb. Görüşdə Azərbaycan ilə Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı ticarət mübadiləsinin artırılması, enerji, nəqliyyat-logistika, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, eləcə də iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər