Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb - Yenilənib
Far.Az xəbər saytı

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb - Yenilənib


Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) "Far.Az"a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bakının Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub.

"Far.Az"un məlumatına görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb.

Şəxsiyyəti müəyyən edilənlərin saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı "Far.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər