İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən şəxs saxlanılıb
İsrailin şimalındakı Mazra kəndinin sakini İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.
"Far.Az" xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
"İsrail polisi və Şin Betin İranın terror və casusluq fəaliyyəti ilə mübarizəsi çərçivəsində İsrail vətəndaşı Visam Qaleb Salah Əvvad xarici agentlə əlaqələrdə və dövlət təhlükəsizliyinə təhdid yaradan fəaliyyətdə şübhəli bilinərək saxlanılıb", – məlumatda bildirilib.
Qeyd olunub ki, şübhəli şəxs strateji obyektlərin, hərbi bazaların və polis bölmələrinin fotoşəkillərini çəkib, həmçinin obyektlərin görüntülərini və koordinatlarını əlaqədə olduğu şəxslərə ötürüb. Onun evində aparılan axtarış zamanı mobil telefonlar və kompüterlər götürülüb.
İstintaq orqanları müəyyən edib ki, həmin şəxs sosial şəbəkələr vasitəsilə İran strukturlarının nümayəndələri ilə özü əlaqə yaradaraq onlara xidmətlərini təklif edib. İddialara görə, o, ideoloji motivlərlə, qisas almaq məqsədilə hərəkət edib və maddi mükafat gözləməyib. Şübhəli şəxs, həmçinin "Hizbullah" kimi təşkilatlara dəstəyini ifadə edib.
İstintaq başa çatdıqdan və sübutlar toplandıqdan sonra Hayfa dairəsinin prokurorluğu ona qarşı ittiham irəli sürməyi və məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılması barədə vəsatət qaldırmağı planlaşdırır.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - Yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













