Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.
Konfransda Azərbaycanın Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri, SNT proqramının nailiyyətləri, ölkənin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi müzakirə olunub.
Eyni zamanda Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Sentyabr ayı üçün bürclərin PUL QOROSKOPU
Bürclər üçün SENTYABR PROQNOZU - Sevgi, pul, karyera...
Sentyabrda hansı bürclərin cibi pulla dolub-daşacaq? - QOROSKOP
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərnişinlər metro əvəzinə taksini seçirlər - SƏBƏB
-
"Tut" restoranında qida məhsulunda uyğunsuzluq aşkarlandı, icraat başlandı
-
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
-
Bahalı həyat tərzini nümayiş etdirməyin səbəbləri nədir?
-
"Qara ət" narahatlığı: Xaricdən gələn ətlərin təhlükəsizliyinə kim cavabdehdir? - RƏSMİ
-
İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"













