Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK
Oktyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) daxili qiymətləndirmənin yeni meyarlarına dair məlumatlandırıcı görüş keçirilib.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, tədbirdə universitetin müxtəlif kafedralarından olan müəllimlər iştirak ediblər. Görüş zamanı daxili qiymətləndirmə prosesinin təkmilləşdirilməsi, yeni meyarların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edilib ki, AzMİU-da diferensial əməkhaqqı sistemi artıq bir neçə ildir ki, tətbiq olunur. Bu sistem müəllimlərin fəaliyyətini müxtəlif keyfiyyət göstəriciləri üzrə qiymətləndirmək, onların nəticələrini izləmək və fərqlənən əməkdaşları mükafatlandırmaq məqsədi daşıyır.
Yeni meyarlar çərçivəsində diferensial əməkhaqqı üç kateqoriya üzrə nəzərdə tutulur. Müəllimlərin fəaliyyət göstəricilərinə əsasən, onların əsas maaşlarına əlavə maliyyə vəsaiti, yəni əlavə əməkhaqqı (bonus) hesablanacaq. Bu yanaşma universitetdə akademik fəaliyyətin keyfiyyətinin artırılmasına və müəllimlərin motivasiyasının gücləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb













