Azərbaycan vergi sistemində məlumat mübadiləsinə və şəffaflığa tam əməl edən 18 ölkədən biridir
Far.Az xəbər saytı

Azərbaycan vergi sistemində məlumat mübadiləsinə və şəffaflığa tam əməl edən 18 ölkədən biridir


Bu yaxınlarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu Azərbaycanın vergi administrasiyasının məlumat mübadiləsi və şəffaflıq üzrə növbəti reytinq qiymətləndirilməsini aparıb.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu qiymətləndirmədə 123 ölkənin vergi administrasiyası iştirak edib: "Məhdud sayda - 18 vergi administrasiyası ən yüksək əməl etmə reytinqinə layiq görülüb. Bunlardan biri Azərbaycan vergi administrasiyasıdır. Qlobal Forumun qiymətləndirməsində şərtlər 2019-cu ildən sərtləşdirilib ki, ondan bəri də cəmi 4 yeni ölkənin vergi administrasiyası yüksək reytinqə layiq görülüb. Həmin 4 ölkədən biri də Azərbaycandır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
MSCI beynəlxalq reytinq agentliyi SOCAR-a ESG üzrə BBB ilkin reytinqini verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər