Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib
Far.Az xəbər saytı

Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib


Noyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov "İdman Paytaxtı" Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib.

Bu barədə "Far.Az"a nazirlikdən bildirilib.

Qazax Gənclər Evində təşkil olunan tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidov şəhərdə iştirakçıları salamlayıblar.

Nazir federasiya təmsilçilərini qarşılayaraq "İdman Paytaxtı"nda, eləcə də regionlarda yeni idman bölmələrinin açılmasının vacibliyini vurğulayıb və gündəlikdə duran məsələləri açıqlayıb.

Daha sonra gündəliyə əsasən, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) təqdimatı dinlənilib. Azərbaycan İdman Akademiyasına qəbul və Mərkəzləşdirilmiş Reyestr Sisteminə dair çıxışlar edilib. Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının nəticələri, 2027-ci il üçün təqvim planı və FISU-2027 Oyunları ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Həmçinin ölkə idman yarışlarında protokol tədbirlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub. Toplantıda federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər