Əmək Məcəlləsində yeni dövr: Kimlər qazanacaq, kimlər itirəcək?
İşçilərin əmək məzuniyyətindən istifadə qaydalarına yenilik təklif olunur. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişiklik qəbul edilərsə, işçilər minimum 21 təqvim günü müddətində məzuniyyət hüququndan faktiki istifadə etməli olacaqlar. Bu müddətin işləməyə davam etməklə pul kompensasiyası şəklində alınmasına yol verilməyəcək.
Far.Az xəbər verir ki, təklif olunan yenilik həm işçilərin istirahət hüququnun qorunması, həm də əmək münasibətlərində mövcud praktikanın dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır.
Hazırda bəzi işçilər məzuniyyətə çıxmaq əvəzinə həmin günlərə görə pul kompensasiyası almağa üstünlük verirlər. Yeni yanaşmaya əsasən isə əmək münasibətləri davam etdiyi müddətdə minimum 21 günlük məzuniyyətin pul qarşılığında əvəzlənməsi mümkün olmayacaq.
Məsələ ilə bağlı vətəndaşların fikirləri də fərqlidir. Bəziləri məzuniyyətin məcburi qaydada təmin edilməsini düzgün hesab edir, digərləri isə maddi gəlirin azalacağından narahatdır. Bununla belə, sorğu iştirakçılarının əksəriyyəti istirahətin hər bir işçinin əsas hüquqlarından biri olduğunu vurğulayır.
Qeyd edək ki, yeni qayda işçilərin ildə ən azı bir dəfə üç həftəlik istirahət etməsini təmin edəcək. Lakin bu dəyişiklik onların əlavə gəlir əldə etmək imkanlarını məhdudlaşdıra bilər. İndiyədək bəzi işçilər məzuniyyətə çıxmadan əmək fəaliyyətini davam etdirir, həmin dövrə görə hesablanan məzuniyyət kompensasiyasını da əldə edirdilər. Yeni qayda qüvvəyə minərsə, işçi işlədiyi müddətdə minimum 21 günlük məzuniyyətin pulunu ayrıca ala bilməyəcək. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə əmək müqaviləsinə xitam verilərkən ödəniləcək.
Dəyişiklik işçilərin sağlamlığı və əmək qabiliyyətinin qorunması baxımından müsbət nəticə versə də, maddi baxımdan müəyyən itkilərə səbəb ola bilər. Məsələn, aylıq əməkhaqqısı 2 000 manat olan və məzuniyyət günlərinin kompensasiyasını ayrıca alan işçi əvvəlki praktikada il ərzində əlavə ödəniş əldə edə bilirdi. Yeni mexanizmdə isə həmin şəxs məzuniyyətə çıxaraq istirahət etməli olacaq və bu əlavə kompensasiya imkanından yararlana bilməyəcək.
İşəgötürənlərin də müəyyən çətinliklərlə üzləşəcəyi istisna deyil. Xüsusilə əvəzləyici işçi tapılmasının çətin olduğu sahələrdə çalışanların məcburi məzuniyyətə göndərilməsi müəssisələrdə kadr çatışmazlığı yarada bilər. Bu səbəbdən sahibkarlar iş prosesinin fasiləsizliyini təmin etmək üçün əlavə işçi qüvvəsinə ehtiyac duya bilərlər.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













