Seçki komissiyalarının iclaslarını müşahidə üçün xüsusi icazələrin alınması üzrə müraciət qəbulu bitib
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilməsi prosesi başa çatıb.
"Report" xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, seçki komissiyalarının iclaslarını aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşları (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) müşahidə edə bilərlər.
Qanunvericiliyə görə, seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü MSK-ya müraciət edilməsi prosesi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayıb, seçkilərin keçirilməsinə 10 gün qalanadək yekunlaşdırılmalıdır.
Təqvim Planında bu tarix avqustun 22-dək nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Oxşar xəbərlər
Seçki komissiyalarının iclaslarını müşahidə üçün xüsusi icazələrin alınması üzrə müraciət qəbulu başa çatıb
Bütün seçki dairələrində müşahidə üçün ərizələrin MSK-ya təqdim edilməsi müddəti bitib
Bütün seçki dairələrində müşahidə üçün ərizələrin MSK-ya təqdim edilməsi müddəti başa çatıb
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
-
Pezeşkian İƏT ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb
-
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
-
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər













