Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi
"Agricola" MMC-yə məxsus gübrələri sataraq oradan əldə olunan 249 min 703 manat pulu mənimsəməkdə təqsirləndirilən həmin cəmiyyətin Beyləqan rayonu üzrə satış müdiri vəzifəsində işləmiş Mobil Həsən oğlu Əhmədov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həmçinin hökmlə iş üzrə dəymiş ziyan təqsirləndirilən şəxsdən tutularaq "Agricola" MMC-yə ödənilməsi qərara alınıb.
İttihama əsasən, M.Əhmədov "Agricola" MMC-nin Beyləqan rayonu üzrə regional satış müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək şirkətə məxsus külli miqdarda vəsaiti mənimsəyib.
Belə ki, o, 2023-2024-cü illərdə müqavilə və təhvil-təslim sənədləri əsasında cəmiyyətin Kürdəmirdəki anbarından Beyləqandakı satış məntəqəsinə göndərilən müxtəlif markalı mineral gübrələri 45 dəfəyə təhvil alıb.
Təqsirləndirilən şəxs gübrələri rayon ərazisində satsa da, əldə olunan vəsaiti şirkətə tam ödəməyib. Nəticədə o, 2025-ci ilədək ödənilmiş məbləğ çıxılmaqla, şirkətə məxsus 249 min 703 manat pulu şəxsi ehtiyaclarına sərf edərək mənimsəyib.
Cinayət işi üzrə zərərçəkən qismində sözügedən şirkət tanınıb.
Mobil Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













