Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA
2027-ci il Həcc ziyarəti üçün kvotanın 30 faizdən çoxu dolub.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Qeyd edilib ki, bu il Həcc ziyarəti üçün sənəd qəbulu keçən ilkindən daha tez başlanıb. Qiymətlərin də artma ehtimalı mövcuddur.
"İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Vüsal Cahangiri: "Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən 70 faizi dolub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













