Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
Azərbaycanla ABŞ arasında texnologiyaların transferi, ticarət əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyəti, institusional və insan kapitalının inkişafı, habelə kənd təsərrüfatı genetikası sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ Dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini vəzifəsini icra edən Huqo Yon ilə keçirilən görüşdə ABŞ-yə səfərim çərçivəsində baş tutmuş səmərəli görüşlərin nəticələrini bölüşdüm və ABŞ hökumətinin ölkəmizə östərdiyi davamlı dəstəyə görə təşəkkürümü ifadə etdim", - o bildirib.
Görüş zamanı Azərbaycanın 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan güzəşt və təşviq mexanizmləri, ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti və investisiya imkanları barədə ətraflı məlumat verilib: "İnanıram ki, bu görüş Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının daha da möhkəmləndirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran prioritetlər üzrə konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq".
#ABŞ Dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini vəzifəsini icra edən Huqo Yon ilə keçirilən görüşdə ABŞ-a səfərim çərçivəsində baş tutmuş səmərəli görüşlərin nəticələrini bölüşdüm və ABŞ hökumətinin ölkəmizə göstərdiyi davamlı dəstəyə görə təşəkkürümü ifadə etdim. Görüş zamanı Azərbaycanın 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan güzəşt və təşviq mexanizmləri, ölkəmizdə formalaşmış əlverişli #investisiya mühiti və investisiya imkanları barədə ətraflı məlumat verdim. Müzakirələr zamanı, xüsusilə #texnologiyaların transferi, #ticarət əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqat və #innovasiya fəaliyyəti (R&D), institusional və insan kapitalının inkişafı, habelə kənd təsərrüfatı #genetikası sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirdik. İnanıram ki, bu görüş Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının daha da möhkəmləndirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran prioritetlər üzrə konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.
— Məcnun Məmmədov (@MajnunMammadov) November 19, 2026
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib
Məcnun Məmmədov: Latviya və Azərbaycanın biznes mühiti əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













