Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Far.Az xəbər saytı

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Eskişehirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

"Far.Az" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib. Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları son mənzilə yola salınıb
Azərbaycanda ağır yol QƏZASI: İki yük maşını toqquşdu, sürücülərdən biri öldü
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər