Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycan və Rusiya sənaye və ticarət sahələrində ikitərəfli əməkdaşlıq imkanlarını, o cümlədən iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib.
Bu barədə "Far.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə Rusiyanın sənaye və ticarət nazirinin müavini Roman Çekuşov və Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri, Azərbaycanla Rusiyanın Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko arasında görüşdə aparılıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Tərəflər qarşılıqlı ticarətin artırılması və iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərini dəyərləndiriblər.
Məlumata görə, iki ölkə arasında sənaye, o cümlədən maşınqayırma, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib, birgə sənaye zonası üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













