Beyləqandakı arxeoloji qazıntılarda qədim tikililərin izləri aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində apardığı arxeoloji qazıntılar zamanı çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü izləri aşkarlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə İnstitutdan məlumat verilib.
Bildirilib ki, ardıcıl mədəni qatlar və memarlıq qalıqları Mil düzündə yerləşən bu yaşayış məskənində məskunlaşmanın bir neçə mərhələdə davam etdiyini göstərir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat işləri aparıb, avqustda isə yoxlama şurfu qoyub. Stasionar qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan qazıntılar zamanı mədəni qatın təxminən bir metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib.
Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40×35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92–93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü izləri qeydə alınıb. Ekspedisiya, həmçinin keramika nümunələrini, tikinti materiallarını və sümük qalıqlarını aşkarlayaraq sənədləşdirib.
Qeyd edək ki, Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Abidədə ilk sistemli tədqiqatları 1953-1957-ci illərdə Örənqala ekspedisiyası aparıb. 1957-ci ildə mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyənləşdirilib.
Əvvəlki tədqiqatlarda aşkarlanmış keramika nümunələri və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir.
Tədqiqatçılar Təzəkənd abidəsini ilk orta əsrlərə aid Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













