AFFA "Şamaxı" və "Turan Tovuz"un məşqçilərini 3 oyunluq cəzalandırıb, klubları isə cərimələyib
Far.Az xəbər saytı

AFFA "Şamaxı" və "Turan Tovuz"un məşqçilərini 3 oyunluq cəzalandırıb, klubları isə cərimələyib


Misli Premyer Liqasının XII turunda "Şamaxı" və "Turan Tovuz" klubları məşqçilərin rəqibi təhqir etməsi və futbolçularının təcavüzkar davranışına görə cərimələniblər.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 21-də keçirilən "Şamaxı" – "Turan Tovuz" matçının ilk hissəsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Həmçinin klubların hər biri 8000 manat cərimə olunub.

Həmin görüşün 75-ci dəqiqəsində "Turan Tovuz"un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 1-i şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Tovuz təmsilçisi isə 3000 manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.

Noyabrın 20-də keçirilən "Sumqayıt" – "Sabah" matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. "Sumqayıt" klubu isə 500 manat cərimə olunub.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
3000 ailəlik nəhəng kompleksdə biznes qurmaq imkanları!
AFFA İntizam Komitəsi "Kür-Araz" – "Araz Saatlı" oyunundakı insidentlərə görə qərarları açıqlayıb
AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər