AFFA İntizam Komitəsi "Kür-Araz" – "Araz Saatlı" oyunundakı insidentlərə görə qərarları açıqlayıb
AFFA İntizam Komitəsi II Liqanın XXVII turunda keçirilən "Kür-Araz" – "Araz Saatlı" oyununda yaşanan insidentlərlə bağlı qərarları açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul olunub.
Qarşılaşmada təşkilati-texniki öhdəliklərin pozulmasına görə "Kür-Araz" klubu 100 manat cərimələnib. Bundan əlavə, oyuna təyin olunan Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matçın vaxtında başlamamasına görə klub daha 200 manat ödəyəcək.
Oyunun 90+2-ci dəqiqəsində "Kür-Araz" azarkeşlərinin meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməsi ciddi sanksiya ilə nəticələnib. Qərara əsasən, klub növbəti mövsümdə ilk 5 ev oyununu azarkeşsiz keçirəcək. Təhlükəsizliyin tam təmin olunmamasına görə isə "Kür-Araz" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qarşılaşmanın 90+1-ci dəqiqəsində "Araz Saatlı" komandasının meydanı özbaşına tərk etməsi də cəzasız qalmayıb. Saatlı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub əlavə olaraq 2000 manat cərimə olunub.
Matçda baş verən intizamsız davranışlara görə bir sıra futbolçular uzunmüddətli cəzalar alıblar. "Kür-Araz"ın futbolçusu Eltun Həsənli birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibə qarşı qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə edilib.
Komandanın digər oyunçuları – Nihat Paşayev, Nicat Quliyev, İbrahim Əliyev və Museyib Vəlizadə rəqib futbolçulara qarşı aqressiv davranış və zərbə endirdiklərinə görə 5 oyunluq diskvalifikasiya alıblar. "Kür-Araz" bu futbolçuların hər birinə görə əlavə 300 manat cərimə ödəyəcək.
"Araz Saatlı"nın futbolçuları Ramiz Qasımov və Rüstəm Rüstəmov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq bütün turnirlər daxil olmaqla 8 oyunluq cəzaya məruz qalıblar. Klub hər iki futbolçuya görə 450 manat cərimələnib.
Bundan başqa, "Araz Saatlı"nın təhlükəsizlik üzrə meneceri, cəzalı durumda olan Xəyal Məmmədovun meydançaya daxil olaraq rəqib futbolçulara fiziki güc tətbiq etməsi səbəbindən o, 8 oyunluq cəza alıb. Klub isə bu hadisəyə görə 800 manat ziyana düşüb.
İntizam Komitəsi "Araz Saatlı" komandasının matç ərzində 5 futbolçusunun sarı vərəqə almasını da nəzərə alaraq klubu 70 manat cərimələyib.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır













