Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda
Far.Az xəbər saytı

Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda


Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur.

Far.Az xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər.

1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətini yoxlayın, şüşələri qar və buzdan təmizləyin.

2. Qarın altında buz ola biləcəyini nəzərə alın. Körpülərdə və estakadalarda xüsusilə ehtiyatlı olun.

3. Yol və görünüş şəraitinə uyğun olaraq sürəti azaldın.

4. Öndəki avtomobillə daha böyük ara məsafəsi saxlayın.

5. Döngəyə çatmamış sürəti tədricən azaldın.

6. Sükanı kəskin çevirməyin, zolağı tələsmədən dəyişin.

7. Yerindən tərpənərkən və sürətlənərkən qaz pedalına yüngül basın.

8. Avtomobil sürüşməyə başlayarsa, qazı yumşaq buraxın və sükanla qəfil hərəkət etməyin.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakının üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər