Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü?
Far.Az xəbər saytı

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü?


Baku TV-nin "Qarabağ xronikası" verilişinin budəfəki buraxılışında Kəlbəcərin işğaldan necə azad edilməsindən, rayonun strateji əhəmiyyətindən və Azərbaycan Ordusunun bölgəyə daxil olması üçün aparılan hazırlıq işlərindən bəhs olunub.

Bildirilib ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin işğal edilməsi Ermənistanın Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri ilə quru əlaqələrini genişləndirib.

Rayonun əhəmiyyətini artıran digər amil onun zəngin təbii sərvətləri idi. Bu baxımdan Kəlbəcər təkcə hərbi deyil, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyırdı.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Murovdağ istiqamətində əməliyyatlar keçirərək Murov zirvəsini azad edib. Bununla da Ermənistanın Qarabağın şimalına hərbi yüklər daşıdığı Basarkeçər-Ağdərə avtomobil yolu vizual müşahidə və atəş nəzarətinə götürülüb. Diqqətə çatdırılıb ki, noyabrın 8-də Şuşanın azad edilməsindən sonra yaranan hərbi-siyasi vəziyyət Ermənistanı Kəlbəcəri Azərbaycana qaytarmaq öhdəliyini qəbul etməyə məcbur edib.

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, rayonun noyabrın 15-dək boşaldılması nəzərdə tutulsa da, Ermənistanın müraciətindən sonra müddət noyabrın 25-dək uzadılıb. Vurğulanıb ki, Kəlbəcəri tərk edən erməni silahlıları hərbi hissələrin binalarını partladıb, yaşayış evlərini yandırıb, ağacları kəsib və digər dağıntılar törədiblər. Azərbaycan Ordusu isə mühəndis hazırlığı və marşrutların minalardan təmizlənməsi başa çatdıqdan sonra noyabrın 25-nə keçən gecə Kəlbəcərə daxil olub. Nəticədə, 27 ildən artıq davam edən işğala son qoyulub.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər