Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb
Far.Az xəbər saytı

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb


Üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatı start götürüb.

Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən turnirdə 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı gücünü sınayacaq.

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterfley üsullarda mübarizə aparacaqlar.

Bakı Su İdmanı Sarayında təşkil olunan yarış 4 gün davam edəcək.

Çempionatda Gürcüstanın "Tbilisi" komandasının idmançıları da çıxış edəcəklər. Açılış mərasimi noyabrın 28-də, saat 09:45-də başlayacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yorğa atların respublika çempionatı və cıdır mövsümü ilə əlaqədar yarışlar keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər