Yorğa atların respublika çempionatı və cıdır mövsümü ilə əlaqədar yarışlar keçirilib
Far.Az xəbər saytı

Yorğa atların respublika çempionatı və cıdır mövsümü ilə əlaqədar yarışlar keçirilib


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yorğa atların respublika çempionatı və cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilib.

“Report” xəbər verir ki, çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atlar 7 müxtəlif kateqoriyada və məsafədə yarışıb.

Binə Atçılıq Mərkəzində baş tutan yarışda dördü Qarabağ, Dilbaz və ingilis atlarının qaçışları, səkkizi yorğa atların yarışları olmaqla ümumilikdə 12 kubok uğrunda mübarizə aparılıb.

Qaçışlar 1 200, 1 400, 1 600, 1 800, 2 000, 2 400 və 3 200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunub.

Qaçışların nəticələrinə əsasən:

1. 1 200 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Zülcənah” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi İsfəndiyar İbrahimov;

2. 1 400 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Qartal” ləqəbli atla Bakı şəhəri, Məhəmmədi qəsəbəsinin təmsilçisi Kamran Şərifov;

3. 1 600 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Düldül” ləqəbli atla Bakı şəhəri, Maştağa qəsəbəsinin təmsilçisi Mahir Həsənov;

4. 1 800 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa yarışı – “Halko” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;

5. 2 000 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Sultan” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Əli Məmmədov;

6. 2 400 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Koma” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;

7. 3 200 metr məsafədə 4 yaş yuxarı atlar arasında yorğa qaçışı – “10 - 100” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;

8. 1 800 metr məsafədə qələbə qazanmış yorğa atları arasında keçirilmiş son yarışın nəticəsinə uyğun olaraq yorğa atları üzrə respublika çempionu “Kamo” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev qalib olub.

Bu gün, həmçinin yorğa atların çempionatı ilə bərabər, cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilib.

Yarışların nəticələrinə əsasən:

1. 1 600 metr məsafədə, 3 yaş yuxarı Dilbaz atları arasında cıdır yarışı – “Tunarın Kralı” ləqəbli atla Hilal Nəzərov;

2. 1 600 metr məsafədə, 3 yaş yuxarı Qarabağ atları arasında cıdır yarışı – “Kainat” ləqəbli atla Azər Əliyev;

3. 1 600 metr məsafədə, 3 yaşında ingilis atları arasında cıdır yarışı – “Might Prince” ləqəbli atla Azər Əliyev;

4. 1 400 metr məsafədə, 4 yaş yuxarı ingilis atları arasında cıdır yarışı – “Bahr” ləqəbli atla Hilal Nəzərov qalib olub.

Qarabağ, Dilbaz, ingilis və yorğa atların iştirakı ilə baş tutan yarışların sonunda qaliblərə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunub, xatirə fotoşəkilləri çəkdirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər