JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu
Beynəlxalq avtomobil bazarında mövqeyini sürətlə gücləndirən OMODA & JAECOO daha bir mühüm nailiyyətə imza atıb. JAECOO 7 SHS-P modeli Böyük Britaniyanın "National Three Peaks Challenge" sınağı çərçivəsində hər 100 kilometrə cəmi 4,11 litr orta yanacaq sərfiyyatı nümayiş etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.
2026-cı il sentyabrın 19–20-də keçirilən sınaq Şotlandiya, İngiltərə və Uelsin ən yüksək dağ zirvələrini birləşdirən 756 kilometrlik marşrutu əhatə edib. Magistral, kənd və dolanbac dağ yollarından keçən avtomobil güclü yağış və külək şəraitində hibrid texnologiyasının yüksək enerji səmərəliliyini nümayiş etdirib.
Sınaq heç bir xüsusi texniki dəyişiklik edilməmiş, seriya istehsalı JAECOO 7 SHS-P modeli ilə həyata keçirilib. Avtomobilin yanacaq doldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib, yürüş məlumatları isə Webfleet platforması vasitəsilə qeydə alınıb. Əldə olunan nəticə Guinness World Records tərəfindən bu marşrutu tamamlayan PHEV SUV modelləri arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekordu kimi rəsmən təsdiqlənib.
Bu nailiyyət OMODA & JAECOO-nun SHS (Super Hybrid System) texnologiyası ilə əldə etdiyi ilk uğur deyil. Cari ilin iyun ayında Böyük Britaniyanın UTAC Millbrook sınaq mərkəzində JAECOO 7 SHS-P tam doldurulmuş yanacaq çəni və tam şarj edilmiş batareya ilə 1 333 kilometr məsafə qət edərək rəsmi WLTP yürüş göstəricisini 11,14% üstələyib.
Texnoloji nailiyyətlərlə yanaşı, JAECOO Böyük Britaniyanın avtomobil bazarında da lider mövqeyi ilə seçilir. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının (SMMT) məlumatına əsasən, JAECOO 7 sentyabr və oktyabr aylarında ardıcıl olaraq ölkənin ən çox satılan yeni avtomobili olub. 2026-cı ilin ilk on ayında 42 885 qeydiyyatla model ölkə üzrə ikinci pillədə qərarlaşıb.
Üç il ərzində bir milyon avtomobil satışına nail olan və dünyanın 79 bazarında təmsil olunan OMODA & JAECOO, innovativ mühəndislik həlləri ilə yüksək performansı, enerji səmərəliliyini və komfortu bir araya gətirərək qlobal mövqeyini gücləndirməkdə davam edir.
Qeyd edək ki,OMODA & JAECOO brendinin Azərbaycandakı rəsmi distribyutoru IMOTORS MMC avtomobillərin rəsmi satışını, 7 il və ya 200 000 km rəsmi zəmanət təminatını və satış sonrası rəsmi servis xidmətlərini həyata keçirir.
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 57C (Port Baku yaxınlığı).
Vebsayt: www.omodajaecoo.az
Əlaqə: *8887
Qeyd: Yanacaq sərfiyyatı və yürüş məsafəsi üzrə əldə olunan nəticələr xüsusi sınaqlara aiddir və faktiki istifadə şəraitindən asılı olaraq dəyişə bilər.
Oxşar xəbərlər
"OMODA & JAECOO" Azərbaycanda rəsmi olaraq təqdim olundu
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













