Ayzenkot Netanyahu ilə İsrailin koalisiya hökumətinin formalaşdırılmasını müzakirə edib
Far.Az xəbər saytı

Ayzenkot Netanyahu ilə İsrailin koalisiya hökumətinin formalaşdırılmasını müzakirə edib


İsrailin Baş naziri Benyamin Netanyahu və "Yaşar!" Partiyasının sədri Qadi Ayzenkot hakim koalisiyanın formalaşdırılması ilə bağlı danışıqlar aparıblar.

"Far.Az"un İsrail mediasına istinadən məlumatına görə, görüş təxminən üç saat davam edib, lakin konkret razılaşmaların əldə olunub-olunmadığı məchuldur.

"Görüş təhlükəsizlik məsələləri üzrə brifinqlə başlayıb, daha sonra isə milli birlik hökumətinin formalaşdırılmasının müzakirəsinə keçilib və işgüzar mühitdə baş tutub, hər iki tərəf mövcud ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışıb", - tərəflərin birgə bəyanatında bildirilib.

Ötən gün Netanyahu Ayzenkota koalisiya hökuməti yaratmağı və baş nazir postunu növbə ilə tutmağı təklif edib. Təklifə əsasən, kabinetə ilk olaraq Ayzenkot rəhbərlik etməli, bundan sonra isə onu Netanyahu əvəzləməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Masallı Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi istifadəyə verilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər