“Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır olacaq
Far.Az xəbər saytı

“Heydər Əliyev Ensiklopediyası” 2025-ci ildə hazır olacaq


AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən məsələlərdən biri də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın cari vəziyyəti haqqında olub.

"Far.Az" xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər planından irəli gələrək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını söyləyib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü müzakirə edilərək təsdiqlənib və məqalələrin hazırlanması prosesinə başlanılıb.

Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşı Rüstəm Hacıyev çıxış edərək “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Ensiklopediya üçün nəzərdə tutulan məqalələrin hazırlanması prosesi sürətlə davam edir və görülən işlər aidiyyəti dövlət qurumlarından məlumatlar əldə olunaraq yerinə yetirilir. O, məqalələrin hazırlandıqdan sonra hər bir istiqamət üzrə müvafiq institutlara göndəriləcəyini və onların da rəyinin nəzərə alınacağını söyləyib. R.Hacıyev “Heydər Əliyev Ensiklopediyası”nın 2025-ci ildə tam hazır olacağını diqqətə çatdırıb.

Məsələ ilə əlaqədar akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının cildlərinin elektron versiyasının İnternet məkanında yerləşdirilməsi ilə bağlı təklifini səsləndirib.

Həmçinin akademik Gövhər Baxşəliyeva və professor Kərim Şükürov çıxış edərək fikir və təkliflərini diqqətə çatdırıblar.

Akademik İsa Həbibbəyli Ensiklopediyanın yüksək səviyyədə hazırlanması və çapı üçün öz tapşırıqlarını verib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycanda Çingiz Aytmatova həsr olunan ensiklopediya hazırlanacaq
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər