İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb
Far.Az xəbər saytı

İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb


Türkiyənin İstanbul şəhərində 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" telekanalı polisə istinadən məlumat yayıb.

Saxta alkoqoldan zəhərlənmə halı şəhərin səkkiz rayonunda qeydə alınıb, 46 nəfər həkimə müraciət edib, onlardan 17-si ölüb.

Bundan başqa, 22 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

İş üzrə aparılan istintaq tədbirləri çərçivəsində 19 nəfər saxlanılıb, onlardan 8-i qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilib.

Oxşar xəbərlər

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs həbs edilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər