Azərbaycanın boks millisinin baş məşqçisi komandaya təqdim edilib
Azərbaycanın boks millisinin baş məşqçisi Ravşan Xocayev komandaya təqdim edilib.
"Far.Az" xəbər verir ki, təqdimat Azərbaycan Boks Federasiyasının (ABF) növbəti iclası zamanı baş tutub.
Toplantıda 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub. ABF-nin vitse-prezidenti Vüsal Nəsirli 2024-cü ili Azərbaycan boksu üçün uğurlu adlandırıb.
O, Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunmasını, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirib.
V.Nəsirli yeni ildən və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadadan gözləntilərin daha böyük olduğunu vurğulayıb. O bildirib ki, hədəf dəyişməzdir və ilk qızıl medalı növbəti olimpiadada qazanmaq üçün bütün lazımi addımlar atılacaq.
Federasiya rəsmisi tezliklə maddi-texniki bazanın daha da gücləndiriləcəyini, regionlarda yeni mərkəzlərin, rayon və şəhərlərdə yeni boks zallarının açılacağını, müəyyən təkmilləşdirmə işlərinin aparılacağını qeyd edib.
Ardınca yığmanın baş məşqçisi R Xocayevin qarşısına qoyulan hədəflər açıqlanıb. Özbəkistanlı baş məşqçi də öz növbəsində Azərbaycan boksunun inkişafı üçün var gücü ilə çalışacağını, bilik və təcrübəsini bu işə sərf edəcəyini bildirib.
Daha sonra milli komandaların həkimi Zaur Abdullayev boksçuların sağlamlıq durumu haqqında və görülmüş işlər barədə hesabat verib.
İclasda məşqçi, hakim və boksçuların sualları cavablandırılıb, müzakirələr aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













