"Turan Tovuz" turun sonuncu oyununda "Şamaxı" ilə üz-üzə gələcək
Far.Az xəbər saytı

"Turan Tovuz" turun sonuncu oyununda "Şamaxı" ilə üz-üzə gələcək


Misli Premyer Liqasında "Turan Tovuz" bu gün "Şamaxı" ilə üz-üzə gələcək.

"Report"un məlumatına görə, XVI turun sonuncu matçı saat 19:00-da start götürəcək.

Tovuz şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanı FIFA referisi Kamal Umudlu idarə edəcək.

Meydan sahibləri 27 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

9 dekabr

19:00. “Turan Tovuz”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.

Oxşar xəbərlər

"Neftçi" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb
Azərbaycan Premyer Liqası: X turun hakim təyinatları açıqlanıb
Premyer Liqa: "Sabah" - "Neftçi" matçının təyinatları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər