"Sumqayıt"ın basketbolçusu: "Azərbaycan çox gözəl və təhlükəsiz ölkədir"
Far.Az xəbər saytı

"Sumqayıt"ın basketbolçusu: "Azərbaycan çox gözəl və təhlükəsiz ölkədir"


Azərbaycan çox gözəl və təhlükəsiz ölkədir.

"Far.Az" xəbər verir ki, bunu "Sumqayıt”ın basketbolçusu Demetrius Antonio Kortrez Leyk klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Sumqayıt təmsilçisinin yeni transferi Azərbaycan, həmçinin çıxış etdiyi komanda haqqında təəssüratlarını bölüşüb:

"Vaxtımın daha çox hissəsini Bakıda keçirirəm. Amma Sumqayıt da paytaxtdan geri qalmır. Burada hər şey ürəyimcədir. Kollektiv istedadlı oyunçulardan qurulub. Məşqçi heyətimiz də yüksək səviyyədədir. Oyunçular arasında əla anlaşma var. Hazırda B Liqasının sonuncu pilləsində qərarlaşsaq da, duruma görə o qədər də narahat deyilik. Çünki mövsüm uzundur. Heyət olaraq birgə çalışmalıyıq ki, yaxşı nəticə göstərək".

Basketbolçu məşqçi heyəti ilə bağlı yüksək fikirlər səsləndirib:

“Azərbaycana gələnə qədər Ukranya və Belarusda da rusiyalı, belaruslu məşqçilərin başçılığı altında oynamışam. İş elə gətirdi ki, burada da rusiyalı mütəxəssisin çalışdırdığı komandada çıxış edirəm. Aleksandr Mixaylovun işindən razıyam. O, bizə öz oyun fəlsəfəsini aşılaya bilib. Onun rəhbərliyi altında inkişaf edirik”

Qeyd edək ki, "Sumqayıt" hazırda Azərbaycan Basketbol Liqasında B qrupunda 6 xalla sonuncudur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər