Kanadanın baş naziri Trampa xəbərdarlıq edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq etməyə qərar verərsə, Kanada hökuməti buna cavab verəcək.
“Report” xəbər verir ki, bunu Kanadanın baş nazir Castin Trüdo deyib.
Üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınan Trüdonun sözlərinə görə, bütün Kanada mallarına 25% tariflər Ottavanın iqtisadiyyatı üçün dağıdıcı olar:
“Kanada ədalətsiz tariflərə bir neçə yolla cavab verəcək. Biz hələ də düzgün cavab yollarını axtarırıq”.
ABŞ, Kanada və Meksika dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.
Eyni zamanda Tramp Kanada və Meksikanın ABŞ-ın yeni ştatları olmasını təklif edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Tramp Trüdo ilə danışıqların nəticələri barədə məlumat verib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bloomberg: Trüdo Tramp ilə görüşmək üçün Floridaya gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək
-
Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir













