Tramp Meksikaya qarşı rüsumları iki dəfə artırmaqla hədələyib
Far.Az xəbər saytı

Tramp Meksikaya qarşı rüsumları iki dəfə artırmaqla hədələyib


Əgər Meksika hökuməti ölkə ərazisində formalaşan və ABŞ-yə üz tutan miqrant karvanlarını dayandırmasa, Vaşinqton Meksikaya qarşı rüsumları dərhal iki dəfə artırmağa hazırdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

Onun sözlərinə görə, respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti fonunda yenidən Meksika ilə sərhəddən qeyri-qanuni yolla ABŞ-yə daxil olmağa çalışan böyük miqrant karvanları formalaşır.

"Meksika dərhal onları dayandırmalıdır və əgər bu baş verməsə, Meksika mallarına rüsumlar dərhal ikiqat artırılacaq", - ABŞ lideri bildirib.

Onun sözlərinə görə, bu karvanlarda olanların bir çoxu digər ölkələrin qəbul etmək istəmədiyi insanlardır. "Onları ABŞ-yə göndərin", - deyirlər. Lakin burada onları qəbul etməyəcəklər!" - Tramp yazıb.

Oxşar xəbərlər

Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər