UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi: “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir”
Far.Az xəbər saytı

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi: “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir”


Hazırda “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir, nəzarət edirik.

Bunu “Far.Az”a açıqlamasında, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli deyib.

O, son vaxtlar “Şamaxı”nın bəzi futbolçularının danışılmış oyunlarda iştirakı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:

“Sözügedən məsələ diqqətimizdədir. AFFA-nın mətbuat katibi Elnur Məmmədli də bu barədə məlumat verib. Ətraflı araşdırmalar aparıldıqdan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq. Hazırda hər şey diqqətimizdədir, nəzarət edirik. AFFA olaraq oyunlarda nümayəndələrimiz iştirak edirlər”.

Qeyd edək ki, “Şamaxı” iki gün öncə iki futbolçusu - Giorgi Kantariya və Adil Nağıyevlə yolları ayırıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Azərbaycan millisinin üzvləri danışılmış oyunlarla bağlı seminarda iştirak ediblər
“Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
“Cəbrayıl”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər