Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər
14–22 avqust tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI 2024) keçirilib. Sözügedən müsabiqədə ölkəmizi təmsil edən məktəblilərimiz uğurlu nəticə göstəriblər.
Bu barədə Far.Az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.
Məktəblilərimiz sözügedən olimpiadada 2017-ci ildən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar.
Qeyd edilib ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. İndiyədək ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlifmiqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal qazanıblar.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
-
Ötən gün 25 nəfər saxlanılıb













