"Abşeron"un baş məşqçisi: "İkinci və üçüncü periodda istədiklərimizi reallaşdırdıq"
Far.Az xəbər saytı

"Abşeron"un baş məşqçisi: "İkinci və üçüncü periodda istədiklərimizi reallaşdırdıq"


İkinci və üçüncü periodda istədiklərimizin hər birini reallaşdıra bildik.

"Report"un məlumatına görə, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker NTD-yə qalib gəldikləri (89:75) Azərbaycan Basketbol Liqasının VI turunun oyunu ilə bağlı danışarkəm deyib.

Mütəxəssis matça yaxşı başlamadıqlarını söyləyib:

"Xüsusilə müdafiədə istədiyimiz kimi oynamırdıq. Hücumda da bəzi səhvlərimiz oldu. Sonra toparlana bildik və bu həftə məşqlərdə etdiklərimizi parket üzərində ortaya qoyduq. Əslində bu oyundan öncəki "Neftçi" ilə matç nə etməli olduğumuzu bizə göstərmişdi".

Baş məşqçi bugünkü qarşılaşmaya yaxşı başlaya bilməsələr də, sonradan hər şeyin istəklərinə uyğun ssenari üzrə davam etdiyini vurğulayıb:

"Bura yaxşı müdafiə olunmaq, oyunçular arasında top paylanması və sair daxildir. Bunlar qaydasına düşdükcə daha rahat xallar qazandıq. Bu şəkildə davam edə bilsək, bizim üçün növbəti oyunlarda da yaxşı olacaq. Təbii ki, bu basketboldu və burada oyunçunun günlük performansı əsas məqamlardandı".

Oxşar xəbərlər

SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər