Qurban Qurbanov: "Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır"


Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır.

“Report” xəbər verir ki, bunu "Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

52 yaşlı mütəxəssis tədbirdən sonra baş tutan brifinqdə təəssüratlarını jurnalistlərlə bölüşüb:

"Artıq 14-cü dəfədir ki, ilin ən yaxşı məşqçisi adına layiq görülürəm. Hisslərimi sözlə ifadə etmək çox çətindir. Həqiqətən mənim üçün çox xoş oldu. Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır. Məni bu ada layiq görənlərə dərin təşəkkürümü bildirirəm. Təbii ki, mənə göstərilən etimadı doğrultmaq üçün hər zaman əlimdən gələni edirəm".

Qeyd edək ki, Q.Qurbanov 64 jurnalist arasında təşkil olunan səsvermədə 47 səslə birinci olub. O, 2009-cu ildən bu yana keçirilən sorğularda bu mükafata layiq görülür.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb  
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər