Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
Venesuela Silahlı Qüvvələri Kolumbiya ilə sərhəddə yerləşən Apure ştatında dövlət sərhədinə nəzarətin gücləndirilməsi və qanunsuz silahlı birləşmələrə qarşı mübarizə məqsədilə "Suverenlik və sülh" adlı hərbi əməliyyat keçirir.
"Report" xəbər verir ki, bu barədə Venesuela Milli Bolivar Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığı (CEOFANB) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, əməliyyat ölkənin icra hakimiyyətinin göstərişlərinə uyğun olaraq həyata keçirilir. Hərbi bölmələr Kolumbiyanın Arauka və Viçada departamentləri ilə quru və çay sərhədi olan Apure ştatının sərhədyanı ərazilərində yerləşdirilib.
Komandanlıq vurğulayıb ki, hərbi mövcudluğun artırılmasında məqsəd əraziyə dövlət nəzarətini təmin etmək, ölkənin suverenliyini qorumaq və qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə aparmaqdır. Bu çərçivədə sərhəd bölgəsində əməliyyat bazalarının gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Qeyd olunub ki, ərazinin mürəkkəb relyefi, çoxsaylı çaylar və keçilməsi çətin olan cəngəlliklər cinayətkar qruplaşmaların fəaliyyətinə əlverişli şərait yaradır. Onlar sərhədyanı ərazilərdən qanunsuz sərhəd keçidləri, narkotik laboratoriyalarının və tranzit məntəqələrinin təşkili, eləcə də qanunsuz uçuş-enmə zolaqlarının yaradılması üçün istifadə edirlər.
Əməliyyat çərçivəsində Venesuela hərbçiləri fasiləsiz patrul xidməti həyata keçirir, qanunsuz silahlı birləşmələrin düşərgələrini məhv edir, qaçaqmalçılıq marşrutlarını bağlayır və regional təhlükəsizliyə təhdidlərin qarşısının alınması istiqamətində tədbirlər görür.
Oxşar xəbərlər
Bakı bulvarında Çay Festivalı keçirilir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













