Biləsuvarda pambıq yığımında ötənilkinə nisbətən yüksək məhsuldarlıq qeydə alınıb
Far.Az xəbər saytı

Biləsuvarda pambıq yığımında ötənilkinə nisbətən yüksək məhsuldarlıq qeydə alınıb


Biləsuvar rayonunda pambıq yığımı davam edir.

Rayon İcra Hakimiyyətindən "Far.Az"un Muğan bürosuna verilən məlumata görə, rayonda bu il 6 915,8 hektar sahədə pambıq məhsulu əkilərək arqotexniki qaydada qulluq olunub.

Bugünədək sahələrdən 21 044 ton pambıq toplanıb ki, nəticədə rayon üzrə məhsuldarlıq hər hektara 31 sentner olub.

Ötən il sahələrdən 18 538,98 ton məhsul əldə olunub və orta məhsuldarlıq hər hektara 27,5 sentner təşkil edib.

Yığım zamanı sahələrdə 1 300 nəfərdən çox insanın məşğulluğu təmin edilib.

Oxşar xəbərlər

İmişlidə pambıq yığımına başlanılıb
Cəlilabadda pambıq yığımı başlayıb, məhsuldarlığın ötən ilə nisbətən artacağı proqnozlaşdırılır 
Biləsuvarda günəbaxan yığımı başlayıb, orta məhsuldarlıq ötənilkindən yüksəkdir
Cəlilabadda pambıq yığımı yekunlaşıb, bu il məhsuldarlıq yüksək olub
Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfə artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər