XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək?
Yasamal rayonunda yerləşən və "Şor hamamı" adlandırılan tarixi abidənin söküləcəyi ilə bağlı iddialar yayılıb.
Far.Az Baku TV-yə istinadla xəbər verir ki, Mirzə Fətəli Axundzadə küçəsi, 105 ünvanında yerləşən XIX əsrə aid hamam vaxtilə müalicəvi əhəmiyyətli duzlu sudan istifadə olunması ilə tanınıb. Dəri xəstəlikləri və oynaq ağrılarından əziyyət çəkən insanların üz tutduğu bu məkan həm də Bakının tarixi-mədəni irsinin nümunələrindən biridir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vaxtilə hamam insanların tez-tez üz tutduğu məkan olub.
"50-60 il əvvəl evlərdə hamam yox idi. Hamama getmək özü bir ənənə idi. Kişilər və qadınlar üçün ayrı bölmələr vardı. Gecələr də hamamçı işləyirdi", - deyə sakinlərdən biri xatirələrini bölüşüb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən hamam yerli əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır və onun sökülməsindən söhbət gedə bilməz.
Oxşar xəbərlər
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
"Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Ucarda sərnişin avtobusu yandı
-
Kamboca Azərbaycanın dəstəyi ilə Mərkəzi Asiya bazarlarına çıxmaq niyyətindədir
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib













