"Sevilya"nın Juninyo üçün təklifi bəlli olub, "Qarabağ"a növbəti dəfə müraciət olunacaq
Far.Az xəbər saytı

"Sevilya"nın Juninyo üçün təklifi bəlli olub, "Qarabağ"a növbəti dəfə müraciət olunacaq


İspaniyanın "Sevilya" klubunun Olavio Juninyo üçün "Qarabağ"a ödəmək istədiyi məbləğ müəyyənləşib.

"Far.Az"un məlumatına görə, Əndəlüs təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün "köhlən atlar"a 2 milyon avroya yaxın təklif göndərib.

Bundan əlavə, "Sevilya" braziliyalı forvardın hazırkı durumda bir addım atmasını da gözləyir. Onlar danışıqlarda oyunçunun istəyindən də yararlanmaq niyyətindədirlər.

Belə olacağı təqdirdə La Liqa klubu Juninyo üçün növbəti təklifində məbləği yüksəltməyə çalışacaq.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, 2023/2024 mövsümündə bütün turnirlər daxil olmaqla 31 qola imza atıb. Forvard cari mövsüm 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
"Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub - YENİLƏNİB - 5
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər