"Şəki"nin baş məşqçisi: "Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi"
Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi.
"Far.Az"un məlumatına görə, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının VII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
Bu komanda ilə ilk matçdakı çatışmazlıqlarımız üzərində yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşdə 20 xal fərqlə uduzmuşduq. Bu gün isə xüsusən müdafiəyə çox diqqət ayırdıq və uğurlu olduq. Komandanın kapitanı Aleks Koldvell bizim üçün çox vacib oyunçudur. Hakimlər tərəfindən onun oyundan çıxarılması bir az haqsızlıq idi. Açığı, bu məqam bizə motivasiya verdi. Bundan sonra komanda daha əzmkar oynadı, əlindən gələni artıqlaması ilə etdi. Ehtiyatdakı bütün oyunçularımız hazır vəziyyətdə olmalıdır. Ehtiyat heyət şansımız çox yüksək deyil. Ona görə də ehtiyacımız olacağı halda, bir gün başqa oyunçumuz ulduza çevrilə bilər".
Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması ikincilərin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
"Bakı Marafonu 2026" başlayıb













