İcma: Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır
Far.Az xəbər saytı

İcma: Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır


Fransanın Azərbaycandakı səfiri Ann Buayonun açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır.

“Report” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Məlumatda qeyd olunub ki, bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir.

"Son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq. Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi çox uğursuz alınmışdır", - bəyanatda deyilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər