Ukraynalı Usik britaniyalı Fyurini məğlub edərək üç titulu qoruyub
Far.Az xəbər saytı

Ukraynalı Usik britaniyalı Fyurini məğlub edərək üç titulu qoruyub


Ukraynalı boksçu Oleksandr Usik hakimlərin yekdil qərarı ilə britaniyalı Tayson Fyurini məğlub edərək WBC, WBA və WBO versiyaları üzrə superağır çəki dərəcəsində dünya çempionluğu titulunu qoruyub.

“Far.Az” xəbər verir ki, döyüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena”da keçirilib.

12 raund davam edən döyüş hakimlərin yekdil qərarı ilə Usikin qələbəsi ilə başa çatıb. Hər üç hakim eyni xalla – 116:112 hesabı ilə ukraynalı boksçunun qələbəsini elan edib.

Qeyd edək ki, rəqiblər ikinci dəfə qarşılaşıblar. May ayının 19-da keçirilmiş ilk döyüşdə hakimlərin qərarı ilə Usik qalib gəlmişdi.

37 yaşlı Usik Ümumdünya Boks Assosiasiyası (WBA, “super” əlavəsi ilə) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə dünya çempionu titullarını dördüncü dəfə, Ümumdünya Boks Şurasının (WBC) kəmərini isə ilk dəfə müdafiə edib.

Oxşar xəbərlər

Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ukraynanın boks üzrə dünya çempionu Polşa aeroportunda saxlanıldıqdan sonra sərbəst buraxılıb
Britaniyalı boksçu Daniel Dyubua ağır çəki üzrə dünya çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər