Orbital partlayışlar elm adamlarına şimal işıqlarının sirrini açmağa kömək edib
Alyaska Ferbanks Universitetinin amerikalı alimləri səmada sürətlə hərəkət edən şimal işıqlarının yaradılması mexanizmini kəşf ediblər. Bu, 2021-ci ildə aparılan KiNET-X eksperimentinin nəticələrinin təhlili sayəsində mümkün olub.
“Report” xəbər verir ki, tədqiqat “Physics of Plasmas” elmi jurnalında dərc olunub.
KiNET-X missiyası zamanı raket ionosferə barium termiti olan iki konteyner göndərib, bundan sonra konteynerlər Yerdən müvafiq olaraq 400 kilometr və 300 kilometr yüksəklikdə partlayıb.
Partlayış nəticəsində əmələ gələn plazma buludlarının Yerin maqnitosferinin plazma mühitində mövcud olan Alven dalğasının yaranmasına səbəb olmalı idi. Alven dalğaları plazmadakı pozuntular maqnit sahəsinə təsir etdikdə meydana gəlir.
Plazma dalğalanmaları müxtəlif yollarla yarana bilər. Məsələn, Günəş alovlarından qəfil hissəciklərin atılması və ya müxtəlif sıxlığa malik iki plazmanın qarşılıqlı təsiri nəticəsində.
KiNET-X atmosferin yuxarı hissəsinə barium vasitəsilə ətrafdakı plazmanı qarışdırıb. Daha sonra Günəş işığı bariumu ionlaşmış plazmaya çevirərək, istənilən vibrasiyanı yaradıb. Yaranan dalğa ani olaraq planetin maqnit sahəsi xətlərinə paralel elektrik sahəsi xətləri əmələ gətirib. Gözlənildiyi kimi, bu elektrik sahəsi maqnit sahəsindəki elektronları əhəmiyyətli dərəcədə sürətləndirib.
Tədqiqatçıların fikrincə, termit qabların partlamalarından əldə edilən enerji qütb parıltısını işə salmaq üçün kifayət etməyib, lakin əldə edilən məlumatlar bu fenomenin mahiyyətini daha yaxşı anlamağa kömək edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir
-
"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb













