Azad edilmiş ərazilərdə çəkilən "Azərbaycan" mahnısının klipi təqdim olunub
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə "Zəfər üçün oxu" layihəsi çərçivəsində hazırlanan klipin təqdimatı olub.
"Far.Az" xəbər verir ki, çəkilişləri azad edilmiş ərazilərdə baş tutan klipin təqdimat mərasimi "Nizami" Kino Mərkəzində" keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, qazilər, hərbçilər və vətəndaşlar iştirak edib.
Bildirilib ki, layihənin məqsədi vətən sevgisi, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir.
“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısı ərsəyə gətirilib. Mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsusdur.
"Azərbaycan" mahnısını "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", o cümlədən "Vətən mübaribəsi istirakçısı" medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Murad Bayramlı, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Cahangir Əliyev ifa edib.
FOTO: Vüqar Xanlarov
Oxşar xəbərlər
Xəzər Media Forumunun iştirakçıları birgə kino istehsalının yaradılmasını təklif edirlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Sentyabr ayı üçün bürclərin PUL QOROSKOPU
Şəhid anası: "Oğlum güllə yarası ilə 4 saat döyüş yerində qalıb" - VİDEO
Bu il parlament seçkilərini rekord sayda QHT müşahidəçiləri izləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb
-
Dostluqda etibarsız hesab edilən bürclər













