Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava
Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə qar yağır.
Far.Az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 16:00-a olan məlumatında qeyd edilib.
Naxçıvan, Şərur, Şahbuz, Salyan, Neftçala, Lerik, Tovuz, Ağdam, Ağstafa, Hacıqabul, Bərdə, Sabirabad, Zaqatala, Balakən, İsmayıllı, Göyçay, Xaçmaz, Qəbələ, Şəki, Mingəçevir, Oğuz, İmişli, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Zərdab, Goranboy, Naftalan, Beyləqan, Tərtər, Yevlax, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Bakıda və Abşeron yarımadasında yağış, Kəlbəcər, Sarıbaş (Qax), Daşkəsən, Xızı, Qrız, Quba, Qusar, Şahdağda isə qar yağır.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Neftçalada 24, Goranboy, Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında 22, Kəlbəcərdə 20, Culfada 19, Lerik, Şabran, Naftalanda 18, Şirvanda 15 m/s-dək güclənir.
*** 10:27
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Far.Az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.
Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə 15 m/s-dək güclənir.
Oxşar xəbərlər
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava - Yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













