Nigeriyada “Lassa” qızdırmasından 190 nəfər ölüb
Far.Az xəbər saytı

Nigeriyada “Lassa” qızdırmasından 190 nəfər ölüb


2024-cü ildə Nigeriyada Lassa qızdırmasına yoluxan 1150-dən çox insanın 190-nı vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş direktoru Jide İdris məlumat verib.

Onun sözlərinə görə, ölkədə Lassa qızdırması ilə mübarizə aparmaq üçün təcili əməliyyat mərkəzi yaradılıb:

“İlin əvvəlindən bu xəstəlik 190 nəfərin həyatına son qoyub, yoluxanların sayı 1154 nəfərə çatıb”.

Ümumdünya Səhiyyə Təşkilatı Lassa qızdırmasının epidemik potensialı və sübut olunmuş peyvəndin olmaması səbəbindən prioritet təhlükə kimi müəyyən edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər