İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanaraq “Çelsi” ilə xal fərqini 7-yə çatdırıb
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində lider “Liverpul” autsayder “Lester”i qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Darren Bondun idarə etdiyi matç “Enfild”də baş tutub.
Oyunda hesabı qonaqlar açıb: 6-cı dəqiqədə Cordan Ayu dəqiq zərbə ilə topu tora qovuşdurub. “Qırmızılar”dan cavab birinci hissəyə əlavə edilmiş vaxtda gəlib: Kodi Qakpo Aleksis Mak Allisterin ötürməsindən maksimum yararlanıb – 1:1.
Matçın ikinci hissəsi isə “Liverpul”un böyük təzyiqi ilə başlayıb. 49-cu dəqiqədə ingiltərəli yarımmüdafiəçi Körtis Cons hesabdakı tarazlığı pozaraq hesabı “qırmızılar”ın lehinə dəyişib – 2:1. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə misirli hücumçu Məhəmməd Salah qoyub – 3:1.
Beləliklə, bu qələbə ilə “Liverpul” zirvədəki yerini bərkidib. Arne Slotun komandasının 42 xalı var ki, bu da onları ən yaxın təqibçisi “Çelsi”dən 7 xal üstün edir. Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun daha var.
Yüksək liqada qalmaq uğrunda mübarizə aparan “Lester” isə 18 oyundan sonra 18-ci pillədə qərarlaşıb. Komandanın aktivində cəmi 14 xal var. “Tülkülər”i liqada saxlayacaq 17-ci pillədən 1 xal ayırır.
Turnirin yeni favoriti “Çelsi” isə gözlənilmədən məğlub olaraq çempionluq şanslarını azaldıb. “Mançester Siti”nin isə uğursuzlu seriyası davam edir. “Şəhərlilər” bu səfər “Everton”a qalib gələ bilməyib – 1:1. Xosep Qvardiolanın yetirmələri 28 xalla 7-ci pillədə qərarlaşıblar.
Xatırladaq ki, daha əvvəl “Opta”nın superkompüteri “Liverpul”un çempionluq şanslarını yüksək qiymətləndirmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 8-ə çatdırıb
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini daha da artırıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













