ƏƏSMN: Maaşlar 16 faizə qədər artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabinetinin maaş artımı ilə bağlı son qərarlarını şərh edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq.
Bununla əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da həmin Sərəncama uyğunlaşdırılması üçün onların əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.
19 pillədən ibarət yeni Cədvəlin pillələri üzrə maaşlar 16 faizədək artırılıb. Cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla digər pillələrdə də maaşlar artımlarla əksini tapıb.
Əmək haqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlardır.
Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları yeni artımlarla təsdiqlənib.
Xatırladaq ki, dövlət başçısının yeni sərəncamı ilə gələn ildən icra olunacaq növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Oxşar xəbərlər
Azərbaycanda növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib













