"Aqro-Vest DC" şəhid ailələrinə bayram sovqatı paylayıb
Far.Az xəbər saytı

"Aqro-Vest DC" şəhid ailələrinə bayram sovqatı paylayıb


2025-ci - Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Aqro-Vest DC" MMC 100-dən çox şəhid ailəsinə bayram sovqatı paylayıb.

Hər il olduğu kimi, Yeni il öncəsi şirkət II Qarabağ savaşı şəhidlərinin ailələrini ziyarət edib, onlara bayram münasibətilə təbriklərini çatdırıblar.

Şirkət əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvləri ilə söhbət edib, göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğunu söyləyiblər.

"Aqro-Vest DC" şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə cansağlığı və uzun ömür diləyir, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir!

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Laçında Zəfər Günü qeyd olunub
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər