Qərbi Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş sənədli film çəkilib
Azərbaycanda Qərbi Azərbaycanın tarixi şəxsiyyətlərinə həsr olunmuş sənədli film çəkilib.
"Far.Az" xəbər verir ki, "Qərbi Azərbaycanın tarixi şəxsiyyətləri" adlı film bu bölgənin Azərbaycan tarixində və mədəniyyətində əhəmiyyətli iz qoymuş görkəmli xadimlərindən bəhs edir.
Filmin məqsədi Azərbaycan xalqının zəngin tarixi və mədəni irsini geniş auditoriyaya çatdırmaq, həmçinin gənc nəsildə milli-mədəni dəyərlərə maraq oyatmaqdır.
Yaradıcı komanda Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin tarixini, mədəniyyətini və nailiyyətlərini araşdıraraq sənədli janrda unikal əsər yaradıb. Filmdə bu insanların Azərbaycan xalqının rifahı naminə töhfələri ətraflı açıqlanıb və milli kimliyin möhkəmləndirilməsində onların əhəmiyyəti göstərilib.
Filmin təqdimatları gənclərin iştirakı ilə Quba, Gəncə və Sumqayıt şəhərlərində keçirilib. Görüşlərdə iştirakçılar Qərbi Azərbaycanla bağlı dövlət siyasəti və tarixi yaddaşın qorunmasının əhəmiyyəti barədə məlumatlandırılıblar. Gənclər filmi izləyərək qəhrəmanların nailiyyətləri və irsi haqqında yeni biliklər əldə ediblər. İştirakçılar tarixi torpaqlarımıza qayıdacaqlarına əminliklərini vurğulayıblar.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilib.
Bu təşəbbüs milli irsin təbliği və gənclər təşəbbüslərinin inkişafında mühüm addım kimi qiymətləndirilib. Yaradıcı komanda filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirir.
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













